SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Gəncə istiqaməti üzrə əlavə daha bir qatar təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən BAKU.WS-ə məlumat veriblər.

Qeyd olunub ki, qurum Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar, Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib.

"Belə ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar, saat 11:45-də Gəncəyə çatacaq.

Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxta olacaq".

BAKU.WS