VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR gələn ilin fevral ayında Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında yeni quyunun qazılmasına start verməyi planlaşdırır.

BAKU.WS xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, quyunun qazılması yataqda mövcud olan "Ümid-1" dəniz özülündən aparılacaq. Bu quyuda sutkada 1,5 mln. kubmetr qaz və 200 tondan çox kondensatın istehsalına nail olmaq planlaşdırılır:

"Yataqda qazma işləri bu günə qədər "SOCAR AQŞ" tərəfindən həyata keçirilib, lakin yeni quyu yatağın operatoru olan "Umid-Babek Operating Company"nin (UBOC) birbaşa nəzarəti altında qazılacaq".

Qeyd edək ki, hazırda "Ümid" yatağında 3 quyu fəaliyyət göstərir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.

BAKU.WS