VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Rusiyanın düşən neft qiymətlərini önləmək üçün əldə etdiyi razılığı dəstəkləməyəcək. 
 
BAKU.WS-in məlumatına görə, Rusiya neft istehsalı ilə bağlı Səudiyyə Ərəbistanı, Qətər və Venesuela ilə Dohada görüş keçirib. Görüşdə neft istehsalını müvəqqəti dondurmaq qərarı qəbul edilib. Rusiyalı rəsmilər düşən neft qiymətlərinin yenidən bahalaşması üçün belə bir təşəbbüsə əl atıblar. 
 
Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin "dondurulması” təşəbbüsünü dəstəkləyib.
 
Ancaq Azərbaycan bu planla razılaşmadığını açıq etiraf edib. Energetika Nazirliyindən bildirilib ki, Azərbaycan özünün daxili tələbatını ödəmək üçün xam neft hasilatını davam etdirməlidir: "Azərbaycanın neft hasilatının həcmini dondurmaq barədə elə bir planı yoxdur".
 
Azərbaycanın bu addımı xarici KİV-lərdə "Azərbaycandan Rusiyaya neft zərbəsi" kimi başlıqlarla oxuculara çatdırılıb. 
 
BAKU.WS