SİZİN REKLAM BURADA!
055 213 76 73


"SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin".

BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, rəsmi Ukrayna tərəfi SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikib və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırdır.

"Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz – Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun".

BAKU.WS