SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda gənc sahibkarlar üçün vergi güzəştləri mexanizminin tətbiqi gözlənilir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda deyib.

O bildirib ki, bu gün Gənclər Fondunun hesabına innovasiya layihələri və startapların maliyyələşdirilməsi üçün banklar vasitəsilə 50 min manatadək güzəştli kreditin verilməsi mexanizmi mövcuddur:

"Startapların fəaliyyətinin stimullaşdırılması üçün kredit dəstəyi ilə yanaşı, vergi güzəştləri nəzərdə tutulur. Hesab edirik ki, mexanizm işə düşdükdən sonra bu dəstəkdən istifadə edənlərin sayı artacaq".

O.Məmmədovun sözlərinə görə, daxili bazarın tədqiqinə dövlət dəstəyi 20 min manat təşkil edir və gənc sahibkarlar üçün bundan istifadə etmək məqsədəuyğundur:

"Bu gün bir çox rayon və şəhərlərdə gənclər evləri yaradılıb və hökumət bu mərkəzlərin imkanlarından səmərəli şəkildə yararlanmağa çağırır".

BAKU.WS