SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropa bazarına çatdırılmasını təmin edəcək TANAP boru kəmərinin inşası zamanı dünya rekordu da qırılıb.

 BAKU.WS HABER GLOBAL-a istinadən xəbər verir ki, boru xəttinin keçdiyi ən yüksək nöqtə 2760 metr yüksəkliyində olan Kızıldağ dağı olub.

Boru kəmərinin keçdiyi ən dərin yer isə 65 metr olub və Çanaqqala boğazında yerləşir.

 Layihənin icrası üçün lazım olan avadanlıq və materiallar 66 min 632 avtomobillə daşınıb. 

 1850 kilometrlik xətt 7000-ə yaxın xüsusi keçiddən (çay, avtomobil yolu və dəmir yolu) keçib.

Boru xəttinin keçdiyi ən dik yamac 30 dərəcə meylliyi olan İlgar dağı olub.

Sondaj metodundan istifadə edilərək inşa edilən 1103 metrlik Sakarya çayı keçidi bu günə qədər inşa edilən Avropanın ən uzun çay keçidi olub.

 Bir ayda inşa edilən 56 düyüm boru xəttinin uzunluğu 120 kilometr təşkil edib.

2018-ci ilin oktyabrından bu yana 101.859,775 adam/saat iş görüldü. 

Xəttin Türkiyə-Gürcüstan sərhədindəki Türkgözü kəndindən Türkiyənin milli şəbəkəsinə qoşulma nöqtəsinin yerləşdiyi Eskişehirə qədər 56 düyümlük 1340 kilometrlik hissəsi ilk işin başlanmasından 858 gün sonra başa çatdırılıb.

 Tək bir gündə döşənən 56 düyümlük boru xətti 10 kilometr uzunluğunda olub və rekord təşkil edib. Bir gündə 56 düymlük 145 ədəd boru qaynaq edilərək (təxminən 2 kilometr) dünya rekordu əldə edilib. 


1217,6 kilometr uzunluğundakı və 36 düyümlük boru xəttinin dəniz geçidi su üstü hissəsi ilə birlikdə 51 günə tamamlanıb. Ümumilikdə, 135 min 332 ədəd boru qaynaq edilib.

BAKU.WS