SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qənd və şəkər tozunun istehsalında kəskin artım qeydə alınıb. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin ilk 10 ayında qənd və şəkər tozu istehsalı 51,2 faiz artıb.

Cənubi qafqazın ən böyük şəkər zavodu olan İmişli Şəkər Zavodu hələ 2 il əvvəl ziyanla işləyirdi. Zavod yetərli səviyyədə məhsul istehsal edə bilmirdi. 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% az idi. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilmişdi.

Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Əvvəlki illərin rəsmi statistikası və zavodun istehsal gücününün müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu iki il öncə yarı gücü ilə işləyirdi.

İmişli Şəkər Zavodu bir neçə il idi ki, yaxşı maliyyə nəticələri göstərmirdi, zərərlə işləyirdi. Bu barədə “Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal də mətbuata açıqlamasında etiraf etmişdi. Holdinq rəhbəri yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıracaqlarını və zavodu ilk öncə mənfəətə çıxaracaqlarını söyləmişdi. Və zavod qarşıya qoyulan hədəflərə çatmağa nail oldu. 

2019-cu ilin 9 ayı ərzində “Azərsun Holdinq” zavodun istehsal gücünü əhəmiyyətli dərəcədə artırdı. Bunun nəticəsi olaraq İmişli Şəkər Zavodu daxili tələbatı ödəyib, hətta məhsullarını ixrac etməyə başlayıb. Zavod qonşu postsovet ölkələrinə (Gürcüstan, Mərkəzi Asiya) şəkər ixracını təxminən 50% artırıb.   

Qeyd edək ki, İmişli Şəkər Zavodu gündə yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Zavod tam gücü ilə işləyərsə, regionda bazar payını daha da artıra biləcək. Azərbaycan iki il əvvəl xarici ölkələrdən şəkər alan dövlət idi. Hazırda isə ölkəmiz şəkər satan dövlətə çevrilib.

Son illər ərzində respublikamızda həyata keçirilən iqtisadi siyasət ciddi nəticə verməkdədir. Dövlət proqramlarının, fərman və sərəncamların yüksək səviyyədə icrası ölkəmizin ixrac potensialını da artırıb. Bu potensialdan doğru və səmərli şəkildə istifadə etməklə Azərbaycana böyük pullar qazandırmaq mümkündür. Dövlətin sahibkarlara verdiyi dəstək qeyri-neft sektorunun inkişafına ciddi təkan verir.

Şahin Həbibov

BAKU.WS