VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünya birjasında neft yenidən bahalaşıb. 
 
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 (0,84%) dollar artaraq 31,15 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 0,25 (0,73%) dollar artaraq 34,31 dollar olub.
 
Qeyd edək ki, neftin qiymətinin cüzi bahalaşmasına Səudiyyə Ərəbistanı və Venesuela rəsmiləri arasında görüş səbəb olub. Hər iki dövlət Əl-Riyadda baş tutan görüşdə neftin qiymətinin istiqrarlı davam etməsi ilə bağlı müzakirələr aparıblar. Məhz bu iclasdan sonra "qara qızıl"ın qiymətində artım müşahidə olunub.   
 
BAKU.WS