SİZİN REKLAM BURADA!
055 213 76 73


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayonundakı "Azad Kapital" və Bərdə rayonundakı "Sarı Bulaq" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 47-dən 45-ə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 14-dən 16-ya çatıb.

2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.
BAKU.WS