VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,250 mln. ABŞ dolları həcmində gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 mln. dollara yüksəlmiş oldu.

BAKU.WS "SOCAR Capital"a istinadən xəbər verir ki, nominal qiyməti 1 000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1,250 mln. dollarlıq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

İstiqrazların satış qiymətinin 1 046 dollar qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin 181 mln. dollara çatması, bağlanmış əqd sayının 2 minə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 32 mln. dolları ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət vəməbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

SOCAR İstiqrazı sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15-16% olan manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9-10%-dək enmiş olur.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.
BAKU.WS