VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda 2,7%-lik, 2020-ci ildə isə 2,1%-lik iqtisadi inkişaf olacaq. 

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yayımladığı “Global Economic Outlook” hesabatının oktyabr sayında qeyd edilib.

Hesabata görə, ötən il ÜDM artımı 1% civarında olsa da, 2024-cü ildə 2,4%-ə bərabər olacaq.

İstehlak qiymətlərinə gəldikdə isə IMF hesab edir ki, Azərbaycanda bu il 2,8%-lik, 2020-ci ildə isə 3%-lik, 2024-cü ildə isə 3%-lik inflyasiya qeydə alınacaq. Ötən il isə bu rəqəm 2,3%-ə bərabər olub.

IMF həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5%-ə səviyyəsində qeyd olunub.

Cari hesab balansı isə 2018-ci ildə 12,9% olduğu halda, bu il 9,7%, 2020-ci ildə 10%-ə, 2024-cü ildə isə 7,6%-ə bərabər olacaq.
BAKU.WS