VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Prezident əhalinin 10 min dollara qədər kredit borcunun ödənilməsi barədə tapşırıq verib. Amma 620 milyon manatın əhaliyə verilməsindən sonra da bank sektorunda problemlər həllini tapmadı”.

BAKU.WS xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, digər tərəfdən, ötən dövrdə baş verən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib: “Hüquqi şəxslərə də yardım edilməlidir. Bu, pul deyil, qiymətli kağızlar şəklində həyata keçirilə bilər”.

O, əlavə edib ki, Bank sektorunun sağlamlaşdırılması ən vacib məsələlərdən biridir: "Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri parlamentə dəvət oluna və bu məsələlər araşdırıla bilər”.

Millət vəkili təhsil krediti ilə bağlı qanunun qəbulunu da vurğulayıb.
BAKU.WS