VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.

SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.

Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyu qazılıb, 86 min metrdən artıq qazma işləri görülüb: “İstismar quyuları ilə yanaşı, axtarış quyularının da qazılması aparılır”.
BAKU.WS