SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib. ATV telekanalının "İqtisadi zona" verilişinə müsahibə verən A.Cavadov həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.
 
Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir. 
 
BAKU.WS