Baş nazir Novruz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının, eyni zamanda hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları artıb.

BAKU.WS
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında yazılıb.

Qeyd edilib ki, 1 nömrəli əlavə ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.

Eyni zamanda, 2 nömrəli əlavə ilə Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri olunub.

3 nömrəli əlavə ilə Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilib.

4 nömrəli əlavə ilə Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğləri” təsdiqlənib.

Novruz Məmmədovun digər qərarı ilə Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.

Nazirlər Kabineti, eyni zamanda, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərini təsdiq edib.

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.
BAKU.WS