SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Həm İcra Hakimiyyəti orqanlarının, həm də biznes qurumlarının gileyi ondan ibarətdir ki, regionlarda kreditin alınması mürəkkəbdir. Çünki regionlarda kredit verilərkən bank müştəridən girov tələb edir. Girov da adətən hansısa əmlak olur. Bank isə əmlakı girov götürməyə maraqlı deyil. Kiminsə evi girovda olanda onu geri almaq çətin olur".
 
BAKU.WS-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov "Azərbaycan Televiziyası"nın "Günün Nəbzi" verlişinə geniş müsahibəsində deyib. Nazir bildirib ki, rayonlarda kiminsə evi bankda girovdadırsa, borc alan borcunu qaytara bilməyəndə bank məcburən həmin girovu satmağa məcbur olur. Amma bank kiminsə evini almaqda tərəddüt edir:
 
"Çünki burada psixoloji amillər var. Bank əməkdaşı deyir ki, "Mən necə kiminsə evinə girim?" Rayonlarda hər kəs bir-birini tanıyır və buna görədə icra zamanı problem ortaya çıxır. Ancaq böyük şəhərlərdə bu problem mövcud deyil. Bu məsələ gündəlikdə duran məsələdir. Bu problemin həlli mexanizmini hələ ki tapa bilməmişik. Hazırda banklar və sığorta şirkətləri ilə bu tip problemlərin daha geniş aspektdə müzakirə ediləsinə ehtiyyac var".
 
BAKU.WS