SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “report”a SOCAR-dan məlumat daxil olub.

Bildirilib ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

Qeyd edək ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.
BAKU.WS