VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 24-də rəsmi qurumların balansında olan avtomobillərin hərracını keçirəcək.

BAKU.WS xəbər verir ki, satışa ümumilikdə 14 avtomobil olacaq. 

Milli Məclisinin İşlər İdarəsinin balansında olan "Nissan Maxima" markalı iki nəqliyyat vasitəsi, 50 faiz endirimlə hər biri 3500 manata təkrar hərraca çıxarılır.

Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri ("Chevrolet Niva") 5400 və 7200 manata satışda olacaq. 

Bundan başqa Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi ("UAZ-31512") 1000 manata təklif olunacaq.  

Həmçinin, Baş Prokurorluğun, Təhsil Nazirliyinin və Neftçala Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitələri 50 faiz endirimlə (müvafiq olaraq 3500, 1500 və 2000 manat) təkrar hərraca çıxarılır.

BAKU.WS