VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi qaldırıcı ilmələr və sırğalara (zamok) olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edib.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənməmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci bu il sentyabrın 24-ü, saat 17:30-a qədər Azərbaycan və ya rus dilində satınalan təşkilatın Bakı, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında təqdim olunmalıdır.

İstehsalat Birliyi, həmçinin elektrik mallarına və nasoslara olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqələri elan edib.

Bu müsabiqələrdə iştirak haqqında müraciət (imzalanmış və möhürlənməmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədləri ən geci bu il sentyabrın 12-si, saat 17:30-a qədər Azərbaycan və ya rus dilində satınalan təşkilatın yuxarıda qeyd olunmuş ünvanında təqdim edilməlidir.

SOCAR-ın "Neftqaztikinti" Tresti isə bünövrə çalasının qazılması, daşınması və yayılması xidmətinin satın alınması məqsədilə açıq müsabiqə elan edib.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənməmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci bu il sentyabrın 13-ü, saat 17:30-a qədər Azərbaycan və ya rus dilində satınalan təşkilatın Bakı, Xətai rayonu, Zığ yolu küçəsi, 41C ünvanında təqdim olunmalıdır.

Müsabiqələrin yekun nəticəsi haqqında məlumatı bu linkdən əldə etmək olar.
BAKU.WS