SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 61,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 57,96 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.
BAKU.WS