VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişikliyi aparılıb.

Bu barədə “Azəriqaz”dan BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.
BAKU.WS