SİZİN REKLAM BURADA!
055 213 76 73


“Əvvəlcədən proqnozlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib”.

BAKU.WS xəbər verir ki, bunu "Qafqazinfo"ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, müşahidələrə əsasən pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşıb:

“Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılmağa başlanılması ilə bağlıdır. Məlum olduğu kimi, hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikirdi. Son günlər havaların nisbətən əlverişli keçməsi açıq sahələrdə məhsul yetişməsini sürətləndirib və bazara məhsul təklifi artıb. Belə ki, ənənəvi pomidor istehsalçısı olan Xaçmazdan son günlər ərzində paytaxt Bakıya və digər şəhərlərə gətirilən məhsulun miqdarında əhəmiyyətli artım müşahidə olunur. Növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir”.

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.
BAKU.WS