SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, işəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana,

Xidmət tərəfindən aşağıdakı peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər:

Qeyd edək ki, işsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında həyata keçirilir.

İşəgötürənlər əməkdaşlıq etmək üçün Xidmətə müraciət (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected]) edə bilərlər.

Sıra sayıPeşənin adı
Peşə hazırlığı
kursunun
müddəti
1bənna2,5 ay
2dərzi3 ay
3dülgər2,5 ay
4əl ilə qaynaqda elektrik qaynaqçısı3 ay
5əməliyyatçı mühasib2,5 ay
6ərzaq mallarının satıcısı2 ay
7frezerçi3 ay
8ikinci dairə üzrə elektrik quraşdırıcısı2,5 ay
9inşaat rəngsazı2,5 ay
10katib-makinaçı2,5 ay
11qaz qaynaqçısı3 ay
12sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər3 ay
13suvaqçı2 ay
14tornaçı3 ay
15üzləyici-tava döşəyən2,5 ay
16Arıçı3 ay
17Aşpaz (Azərbaycan kulinariyası)3 ay
18aşpaz3 ay
19AutoCad (Arxitektura dizaynının əsasları)3 ay
20Baş aşpaz3 ay
21Bənna3 ay
22Çilingər-yığıcı (metal emalı)3 ay
23Dağ turist marşrutları üzrə bələdçi3 ay
24Daş düzən (yollara)3 ay
25Dəmiryol  montyoru3 ay
26Ekskursiya bələdçisi3 ay
27Kişi bərbəri3 ay
28Laminat döşəyən3 ay
29Manikürçü3 ay
30Ofisiant (banket və ziyafətlər üçün)3 ay
31Ofisiant 3 ay
32Otel xadiməsi (təmizlik işləri) 3 ay
33Parket döşəyən 3 ay
34Qənnadçı3 ay
35Quşçu 3 ay
36Quru inşaat işləri ustası3 ay
37Şirniyyatçı3 ay
38Taxtapuşçu (dammazçı)3 ay
39Tərəvəzçi (intensiv tərəvəzçilik)3 ay
40Traktorçu-maşinist3 ay
41Traktorçu-meliorator3 ay
42Üzümçü3 ay
43Veb-səhifə dizaynının əsasları3 ay
44Vektor qrafik dizaynın əsasları (Corel Draw)3 ay
45Verilənlər bazası operatoru (Ms Access)3 ay
46Vizajist3 ay
47“Yaşıl turizm” təşkilatçısı3 ay
48Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri3 ay
49Arxivçi3 ay
50Çamaşırçı 3 ay
51Elektron ticarətçi3 ay
52Kansyerj3 ay
53Mebel quraşdırıcısı3 ay
54Mehmanxana qapıcısı (belman)3 ay
55Qeydiyyatçı (mehmanxanada)3 ay
56Sahibkar (kiçik sahibkarlıq fəaliyyəti)3 ay
57Traktorçu-əkinçi3 ay
58Traktorçu-kombaynçı3 ay
BAKU.WS