SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda dövlət maşınları satışa çıxarılır.

BAKU.WS-in məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Hərracda Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və 18 saylı Zaqatala Ərazi İdarəsinə məxsus avtomobillər təklif olunur.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır:

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN).

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Maşın almaq istəyənlər (012) 566-07-44 saylı telefonla əlaqə saxlaya bilərlər.

S/N

Balanssaxlayıcı müəssisənin adıAvtonəqliyyat vasitəsinin markası Buraxılış iliStart qiyməti
(manatla)
 10% beh
(manatla)
1.Azərbaycan Respublikasının Ədliyyə NazirliyiQAZ-31105-12020043500350
2.Azərbaycan Respublikasının Ədliyyə NazirliyiQAZ-31105-12020043000300
3.Azərbaycan Respublikasının Ədliyyə NazirliyiNissan Maxima20058000800
4.Azərbaycan Respublikasının Ədliyyə NazirliyiRenault Symbol20074500450
5.Azərbaycan Respublikasının Ədliyyə NazirliyiRenault Symbol20074500450
6.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsiHyundai Sonata20055500550
7.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsiNissan Maxima20077000700
8.Azərbaycan Respublikası Baş ProkurorluğuVolkswagen Passat20095800580
BAKU.WS