VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu".
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı” mövzusunda sessiyada çıxışında deyib.
 
Dövlət başçısı bildirib ki, bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi: "Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.
 
Prezident hesab edir ki, neftin qiymətində daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq: "Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti ümumiyyətlə 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq. Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm".
 
BAKU.WS