SİZİN REKLAM BURADA!
055 213 76 73


“SOCAR Georgia Petroleum” dəfələrlə Gürcüstanın ən iri vergi ödəyicisi olub, “Ən iri investor şirkət”, “Ən yaxşı infrastrukturu olan YDM”, “Xeyriyyə təşkilatı” və s. nominasiyalarda qalib gəlib.

Gürcüstanda SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) işini qiymətləndirirlər, çünki şirkət təkcə təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsü deyil, həm də bir növ “humanitar sponsor”dur.

BAKU.WS xəbər verir ki, bunu “media.Az”a açıqlamasında gürcüstanlı politoloq Vasili Papava deyib.

Onun sözlərinə görə, hər bir şirkət fəaliyyət sahəsindən asılı olmayaraq, öz dövlətinin bir növ təmsilçisi, simasıdır:

“Brend şirkətləri öz maraqlarını irəli aparmaq üçün dövlətin əlində effektiv vasitədir. Onlar ölkənin tanınmasına kömək edir. Bunu tamamilə SOCAR-ın Gürcüstandakı fəaliyyəti haqqında da demək olar”.

Politoloq bildirib ki, SOCAR Gürcüstanda müxtəlif idman federasiyalarının, mədəniyyət tədbirlərinin, intellektual oyunların və s. sponsorudur:

“Bütün bunlar SOCAR-ın nüfuzunu əhalinin gözündə yüksəldir, həm şirkətin, həm də təmsil etdiyi ölkənin müsbət imicinin formalaşmasına xidmət edir.

SOCAR 2006-cı ildən Gürcüstanın neft-qaz sektorunda fəaliyyət göstərir. SOCAR təbii qaz, neft və neft məhsullarının Gürcüstana əsas tədarükçüsüdü. Şirkət Gürcüstanda fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə müxtəlif layihələrə 1,5 milyard dollardan çox investisiya yatırıb”.
BAKU.WS