SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə genetik modifikasiya olunmuş məhsulların satılması barədə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qurum sədri deyib ki, bu yaxınlarda özünü ekspert adlandıran bir şəxs Azərbaycana idxal olunan məhsulların 99 faizinin genetik modifikasiya olunduğunu iddia edib. Amma bu, tamamilə yanlış məlumatdır.

Q.Təhməzli qeyd edib ki, bütün dünyada 30 adda bitki genetik modifikasiya olunub. 30 adda bitkinin 504 növü məlumdur:

"Onların arasında mətbuatda adı çəkilən bir çox məhsulların adı yoxdur. Məsələn, çiyələk, qarpız, armud, gilas, albalı, xiyar və s. bunlara aiddir.

Çox təəssüf ki, bəziləri insanlara yanlış informasiya verir və həmin məhsulları genetik modifikasiya olunmuş məhsul kimi təqdim edirlər.

Onlar seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırırlar. Genetik modifikasiya olunmuş məhsullar bilavasitə ərzaq təhlükəsizliyinin təmini üçün aparılır.

Dünyada ən çox genetik modifikasiya olunmuş məhsul qarğıdalıdır".

AQTA sədri əlavə edib ki, Azərbaycana idxal olunan bütün məhsullar yoxlanılır.
BAKU.WS