VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Xaliq Faiqoğlu” şirkəti ilə ölkənin yeganə CNG yanacağı ilə təmin edən şəbəkə təchizatçısı olan “SOCAR Petroleum” QSC arasında müqavilə bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat xidmətindən “report”a məlumat verilib.

“SOCAR PETROLEUM”la əldə edilmiş razılaşmaya əsasən hazırda sınaqda olan nəqliyyat vasitəsi CNG yanacağı ilə təmin edilir.

Yaxın gələcəkdə QSC tərəfindən şirkətə məxsus olan avtobus parkında nəqliyyat vasitələrinin CNG və dizel yanacağı ilə təmin edilməsi məqsədi ilə ən müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulub.

Belə ki, inkişaf planına uyğun olaraq şirkətin avtobus parkının ərazisinin genişləndirilməsi, burada dizel və CNG ilə çalışan 300 avtobusun təlabatını təmin edəcək yanacaqdoldurma məntəqəsinin tikintisi planlaşdırılır.
BAKU.WS