SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” şirkəti neft-kimya məhsullarının tədarükü barədə saziş imzalayıb.

BAKU.WS xəbər verir ki, sənədin imzalanması Bakıda keçirilən “Caspian Oil and Gas - 2019” sərgi-konfransında baş tutub. 

Tatarıstan şirkətinin nümayəndəsinin sözlərinə görə, SOCAR ilə ortaq nöqtələr axtarmaq üçün Bakıya gəliblər:

“İlk dəfədir Azərbaycana gəlmişik. Şirkətimiz yataqların işlənməsi sahəsində əməkdaşlıq üçün açıqdır. Yeni tərəfdaşlar, yeni satış bazarları axtarırıq. “Tatneft” neft hasilatı sahəsində 75 illik təcrübəyə malik şirkətdir. Neftin çıxarılması və emalı sahəsində, neft sənayesi avadanlığının istehsalında, neft-kimya sahəsində və s. müəyyən təcrübəmiz var. 

Tatarıstanda yataqlar işlənmənin yekun mərhələsindədir və bu səbəbdən oxşar strukturlarla işdə müəyyən təcrübəyə malik “Tatneft” SOCAR-a Azərbaycanda yataqların işlənməsi xidmətlərini təklif etmək istəyir.

Bu, mövcud yataqların əlavə işlənməsi, ehtiyatların yenidən qiymətləndirilməsi, yataqların 3D modelləşdirilməsidır. “Yaşlı” yataqdan maksimum çox neft çıxarılması üçün xidmətlərimizi təklif etmək istəyirik. Gələn il üçüncü ölkələrin bazarında SOCAR ilə əməkdaşlıq haqqında danışmaq olar”.
BAKU.WS