VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan banklarına qoyulan əmanətlər vergidən azad edilir.
 
BAKU.WS-in məlumatına görə, bu barədə "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində dəyişiklik nəzərdə tutulur. 
 
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi aşağıdakı redaksiyada verilir: "102.1.22. 2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.".
 
Qeyd edək ki, bundan öncə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azad edilirdi.
 
BAKU.WS