SİZİN REKLAM BURADA!
055 213 76 73


Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrin növbəti görüşünün iyulun əvvəlində keçirilməsi gözlənilir.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh məlumat verib.

Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşündə iştirak edən Xalid əl-Faleh bildirib ki, görüş iyulun birinci həftəsində gözlənilir.

O, görüşdə neft hasilatının həcminin ixtisarı üzrə sazişin uzadılması barədə konsensusa gələ biləcəklərinə ümid bəslədiyini söyləyib.
BAKU.WS