SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bizim dövlətimiz var. Onun sahibi də var, sahibkarı da. Bu sahibkar artıq öz sahibliyində tam sərbəstdir. Onun sərbəstliyinə mane olanlar yoxdur. Rəsmən bildirilir ki, inhisarçılıq erası bitdi! Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-də "Hesabat"ın suallarına cavab verib. 

- İndiyəcən kütləvi informasiya vasitlərində, müxtəlif səviyyələrdə Azərbaycanın gömrük sistemini tənqid edən opponetləriniz daha çox inhisarçılıqda, - inhisarçılığ sözü də elə Azərbaycan dilinə tərcümə edəndə hasarçılıqdır, yəni hasara almaqdır - günahlandırırdılar. Bu il, yanvar ayının birindən bu opponetlərin arqumetlərinin birmənalı şəkildə aradan qalxacağını və inhisarçılığın tamamilə ləğv olunacağını demək olarmı? 

– Açıq bazardı kim nə gətirirsə-gətirsin hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu o deməkdir ki, bu azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dəfələrlə sahibkarlara müraciət etmişəm ki, gətirin və gömrük orqanlarına müraciət edin, qanuni sənədlər əsasında bəyan edin. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın. 

– Bu on min dollarlıq icazə vardı və indi yoxdur, ləğv olunub. Bunun problemləri nə idi və biz onun niyə ləğv elədik? 

– Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tuturdu. Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də suistifadə hallarına cəhdlər edilirdi. İkici bir məsələ ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanı xaricə axınına səbəb ola bilərdi.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:
 
BAKU.WS