VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə 23 faiz artıb.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilmiş tədbir zamanı deyib.

O bildirib ki, iki ölkə arasında artım üçün böyük potensial mövcuddur. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına razılaşdırılmış müddətdə çatdırılması üçün istehsal, emal, logistikanı təmin etməyə və rusiyalı tərəfdaşları ilə birgə zəruri işləri görməyə hazırdır.

Ş.Mustafayev daha sonra Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq barədə danışaraq “Şimal-Cənub” marşrutunu xüsusi qeyd edib:

“Şimal-Cənub” nəqliyyat dəhlizi artıq işləyir. Rusiyadan yüklər Azərbaycan vasitəsilə İrana və geriyə daşınır. Ötən il bu marşrut üzrə yük dövriyyəsi 8 dəfədən çox artıb. Bu ilin birinci rübündə isə yük dövriyyəsi təxminən 2 dəfə artıb. Hesab edirik ki, bu sahədə daha çox potensialımız var”.
BAKU.WS