VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul edib.

BAKU.WS-in məlumatına görə, faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5 səviyyəsində müəyyən edilib.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun mərkəzindən, yəni 4-2 faizlik marjada aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

İqtisadçı-ekspert Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, uçot dərəcəsinin aşağı salınması özünü kredit faizlərində də göstərəcək.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın son qərarı depozit faizlərinə isə təsir etməyəcək.

Mərkəzi Bank bəyan edib ki, hazırda ölkədə inflyasiya da gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1% təşkil edib.

Xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac 25,4%, o cümlədən qeyri-neft ixracı 19,9% artıb, ticarət balansında 2.5 milyard dollarlıq müsbət saldo yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 47,5 milyard dollara çatıb.

Beynəlxalq konyunktur da Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən indiyədək 24% yüksəlib.
BAKU.WS
VİDEO