SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncənin müəyyən yerlərində 5 günə yaxındır internet yoxdur.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, (022)256 ilə başlayan telefon nömrələrini məcburi şəkildə 266 ya keçiriblər. Eləcə də abonentlər “Aztelekom” provayderindən istifadə etməyə məcbur edilir.

Gəncə Telekomunikasiya İdarəsinə (GTİ) toplaşan və yaranan vəziyyətə narazılıq edən sakinlərin sözərinə görə onlara bildirilib ki, köhnə provayderlər atır. Abonentlərə təklif edilən surət isə ən yaxşı halda 2 mgbitdir.

Gəncə Telekomunikasiya İdarəsinin abonent şöbəsinin müdiri Solmaz Əhmədovanın sözlərinə görə, Nazirliyin xətti ilə yenidənqurma işləri görüldüyündən köhnə kabellər optik kabellərlə əvəz olunub. Ona görə də, 256 ilə başlayan nömrələr ləğv edilərək 266-ya keçilib. Bununla əlaqədar olaraq vətəndaşlar idarəyə dəvət edilir.

İnternetlə bağlı məsələyə gəlincə, Əhmədova məlumatları təkzib edib. O qedy edib ki, kabellərin dəyişdirilməsi ilə əlaqədar olaraq sürətdə müvəqqəti problemlər bəlkə də olub, amma tamam kəsilməsi ilə bağlı heç bir fakt qeydə alınmayıb.

BAKU.WS
QALEREYA