SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz həm borc alan, həm də artıq borc verən, investisiya qoyan ölkəyə çevrilmişik”.

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə parlamentin plenar iclasında bildirib.

O, 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan güclü iqtisadiyyata malik olduğu üçün ölkəmizə rahatlıqla borc vermək istəyənlərin sayı xeyli artıb:

Deputat ölkə prezidentinin tapşırığını xatırladaraq, xarici borcu ancaq ən vacib layihələr üçün almaq lazım olduğunu deyib:

“Yəni, biz borc almaqla yanaşı, borc verməklə də məşğul olan bir ölkəyik. Xarici borclanmamız ildən-ilə azalır və yaxın gələcəkdə bu, daha da aşağıya endiriləcək. Ölkəmizin buna potensialı var”.
BAKU.WS