SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 23-də 70,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,3 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,14 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 3,34 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,49 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel azdır.
BAKU.WS