Azərbaycanda aprel ayında gündəlik neft hasilatı 683 min barel olub. 

Bu barədə BAKU.WS-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun 605 min barelini xam neft, 78 min barelini kondensat təşkil edib. Gündəlik 390 min barel xam neft, 75 min barel kondensat, 19 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. 

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında orta gündəlik neft hasilatı 770 min barel təşkil edib.

Energetika Nazirliyi aprel ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub. 

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ