SİZİN REKLAM BURADA!
055 213 76 73


Telman Ismayılov Azərbycan Beynəlxalq Banka olan 70 milyon dollar kredit borcunu qaytarmayıb. 

BAKU.WS-in məlumatına görə, bunu ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəmə prosesində şahid qismində ifadə verən Beynəlxalq Bankın Moskva filialının müdiri Fuad Abdullayev deyib. 

O deyib ki, iş adamı Odessa şəhərində ticarət şirkərlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət edib. Ona layihə üçün kredit verilib. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilməyib və 2013-cü ildə ödənişləri dayandırıb. 

Xatırladaq ki, hazırda Telman İsmayılov və qardaşı Vaqif beynəlxaql axtarışa verilib. Bir sıra qətllərdə ittiham olunan qardaşlar barəsində məhkəmə qiyabi həbs qərarı çıxarıb.

BAKU.WS