SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkətinin dəstəyilə, Proaktiv şirkətinin təşkilatçılığı əsasında 21-23 iyun tarixində ölkəmizdə ilk dəfə olaraq Dənizkənarı Milli Parkda Organic Food Festival keçiriləcək.

BAKU.WS xəbər verir ki, dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasətin davamı olaraq təşkil olunacaq layihə "Made in Azerbaijan" brendinin təşviqini hədəfləməklə yanaşı, ölkəmizdə satışı həyata keçirilən ekoloji sağlam beynəlxalq qida və içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağı, açıq havada qurulan əyləncəli festivaldır.


Festivalda həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcək. Sektora aid mövcud əlaqələrin gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması üçün festival yeni uğurlu platforma olacaq.

Şəhərimizin sakinlərinin yay aylarında ən sevimli istirahət məkanı olan Dənizkənarı Milli Parkda müxtəlif maraqlı müsabiqələr, master klasslar, musiqi proqramları, sevimli markalardan yüzlərlə hədiyyələr, yeni markaların məhsul və xidmətləri ilə daha yaxından və səmimi ortamda tanış olmaq imkanı bu yayı unudulmaz edəcək.

Layihədə 40-dan artıq yerli və beynəlxalq markanın, 5000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.

Daha ətraflı məlumat və stend rezervasiyası ücün:www.foodfestival.az
BAKU.WS
VİDEO