SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, təmir işlərinə bu ilin oktyabrından başlanılması nəzərdə tutulur.

SOCAR-ın İçtimaiyyətlə əlaqələr və Tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, təmir işləri ümumilikdə 1 ay müddətində aparılacaq.Amma təmir aparılan müddətdə zavod tamamilə fəaliyyətini dayandırmayacaq. Bəzi avadanlıqlar işlək vəziyyətdə olacaq.

Zavodda təmir aparılan müddətdə istifadə olunacaq məhsulun bir hissəsi qabaqcadan tədarük olunur. Ehtiyat məhsul bir ayın tələbatını qarşılayacaq, qalan hissəsi isə idxal olunacaq.

İbrahim Əhmədov qeyd edib ki, təmir işləri apararkən ölkəyə təxminən 73 min ton benzinin idxal nəzərdə tutulur.
BAKU.WS
VİDEO