SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

BAKU.WS-in məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.

2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2824,9 manat, qeyri-neft sektorunda 501,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 446,5 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.
BAKU.WS