Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 8,15 mln. ton neft nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 1,3% azdır.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən xəbərə görə, hesabat dövründə BTC kəməri ilə 1,2 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 22,1% azdır.

"Magistral neft kəmərləri ilə 10 005,4 min ton neft nəql edilib. Nəqletmənin 81,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8 150,2 min ton neft ötürülüb”, - deyə Komitədən bildirilib.

BAKU.WS