SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.

Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir.

Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.

BAKU.WS
BAKU.WS