SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 2009-2018-ci illərdə 435,86 mln. ton neft hasil olunub.

BAKU.WS-in məlumatına görə, ONA SOCAR-ın göstəricilərinə əsasən xəbər verir ki, bu 10 il ərzində ən yüksək hasilat göstəricisi 2010-ci ildə qeydə alınıb - 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir.

Son 10 ildə ölkədə istehsal olunan neftin 80,98 mln. tonu məhz SOCAR-ın payına düşüb. Şirkət üzrə ən yüksək göstərici (8,54 mln. ton) 2009-cu ildə, ən aşağı hasilat göstərici isə (7,43 mln. ton) 2017-ci ildə qeydə alınıb.

BAKU.WS
BAKU.WS