VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Madrid şəhərində keçirilən World ATM Congress 2019 çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultanın başçılıq etdiyi “EUROCONTROL”-un nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Eurocontrol və AZANS arasında gələcək əməkdaşlıq məsələləri, habelə Eurocontrol-un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunmuşdur.

AZANS və EUROCONTROL arasında sazişin imzalanmasının zəruri olduğu qeyd olunmuşdur. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində Hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcəkdir.

2019-cu ilin 27-28 fevral tarixində Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olmuşdur. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artmışdır.

World ATM Congress hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab edilir. Hər il burada təxminən 10 min nəfər iştirak edir.

“Azərbaycan Hava Yolları”-nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

EUROCONTROL 41 üzv dövlətdən və xüsusi razılaşması olan 2 dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Tərəfdaşları ilə birlikdə EUROCONTROL hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səmasını yaratmaq niyyətindədir.