Problemli kreditlərə güzəştlərin tətbiq olunmasından sonra kompensasiya mexanizmi böyük müzakirələrə səbəb olub.


BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Samir Əliyev açıqlama verib. Mütəxəssis prosesin şəffaflığı üçüm problemli kreditlərin həlli sahəsindən atılmalı texniki addımları izah edib.


“1. Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

2. Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması;

3. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi;

4. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması;

5. Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi

P.S. Ola bilsin hansısa fikir rəsmilər tərəfindən artıq səslənib, bunu istisna etmirəm”.

Ziya SƏCCAD
BAKU.WS