SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,49 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,11 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 67,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

BAKU.WS