“Fitch” beynəlxalq reytinq agentliyi 2018-2021-ci illərdə Azərbaycanda ABŞ dollarının məzənnəsinin dəyişməyərək 1,7 manat qalacağını proqnozlaşdırır. 

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

2018-ci ildə dünya bazarında “Brent” markalı xam neftin 1 barelinin orta qiyməti 71 ABŞ dolları olub. 

Qurum bu il bu rəqəmin 8,65% az - 61 dollar olacağını proqnozlaşdırır. 2020-ci il üçün proqnoz 62,5 dollar/barel, 2021-ci il üçün proqnoz isə 60 dollar/bareldir. 

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ