SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Millət vəkili Vahid Əhmədov parlamentin bugünkü iclasında manatın devalvasiyası ilə bağlı cəmiyyətdə yaranmış gərginliyə toxunub.

BAKU.WS "Qafqazinfo”ya istinadla xəbər verir ki, deputat hökuməti bu məsələ ilə bağlı gecə-gündüz işləməyə çağırıb:

"Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi, isə əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun.

Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseslər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.

Spiker Oqtay Əsədov isə cavabında bunları deyib: "Bu istiqamətdə cənab prezidentin hökumətə ciddi tapşırıqları var. Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.
 
BAKU.WS